REGİONLAR
Cəlilabadda sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi təşkil edilib



Cəlilabad, 28 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Cəlilabad rayonunda Yeni il şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara Yeni il təbriklərini çatdıraraq, onlara cansağlığı, uğurlar arzulayıb.
Bayram süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.