Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəmiyyət sədri: Görmə məhdudluğu olanların qayğılarının yüngülləşdirilməsi əsas işimizdir

Cəmiyyət sədri: Görmə məhdudluğu olanların qayğılarının yüngülləşdirilməsi əsas işimizdir

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür. Həmin günün qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatı onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

O, ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumağı öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazların, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələrinin və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Ölkəmizdə görmə məhdudiyyəti olanlara göstərilən qayğı, onlara edilən güzəştlər və məşğulluq problemləri ilə əlaqədar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev AZƏRTAC-ın müxbirinə deyib: “Cəmiyyətimiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya və ölkəmizdə aparılan sosial siyasətə uyğun olaraq görmə imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsil, məşğulluq və ictimai həyata fəal inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirir. Ölkə üzrə görmə üzrə əlilliyi olan şəxslərin ümumi sayı 50 min nəfərə yaxın olsa da, cəmiyyətin 27 region təşkilatı onların təxminən 25 min nəfərini öz ətrafında birləşdirir.

Ölkəmizdə əlillərin, o cümlədən görmə məhdudluğu olanların həyat, mənzil-məişət şəraitinin və məşğulluğunun, sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Təkcə son illərdə 500 nəfər görmə imkanları məhdud şəxs mənzillə təmin edilib.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkə üzrə 1200–1500 nəfər görmə məhdudiyyətli şəxs daimi məşğulluğa malikdir. Bu heç də qənaətbəxş rəqəm deyil. Biz sağlamlıq imkanları məhdud olanların məşğulluğunun artırılması üçün müxtəlif yollar axtarırıq.

2017-ci ildən başlayaraq Bakı 1 nömrəli Tibb Kolleci ilə əməkdaşlıq çərçivəsində hər il 20-25 nəfər masaj ixtisası üzrə təhsil alır və təhsil ocağını bitirəndən sonra ixtisası üzrə məzun müxtəlif səhiyyə müəssisələrində işlə təmin olunur. Eyni zamanda, həmin vaxtdan əvvəlki illərdə fəaliyyət göstərmiş masaj məktəblərinin məzunlarının iş yerlərinin də qorunmasına çalışırıq.

Builki tədris ilində görmə məhdudiyyəti olan 25 gənc ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunub. Həmin tələbələrlə vaxtaşırı görüşərək onların təhsil və sosial adaptasiya prosesində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına kömək edəcəyik.

Metro ölkəmizdə ən geniş istifadə olunan nəqliyyat vasitəsidir. Hesablamalara görə, görmə məhdudiyyətli şəxslər il ərzində 80-100 min dəfə həmin nəqliyyat növündən istifadə edirlər. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq nəticəsində həmin nəqliyyat vasitəsindən istifadə edilməsinin görmə məhdudluğu olanlar üçün rahat və əlçatanlığını təmin etmək üçün müyəssərləşdirilmə işləri aparılıb, stansiyalarda xəbərdarlıq və istiqamətverici daktil xətlər quraşdırılıb. Həmin kateqoriyaya mənsub olanların xeyli hissəsi müşayiətçinin köməyi ilə hərəkət etdiklərinə görə son vaxtlar nəqliyyatda gediş haqqının artmasından sonra onlara güzəştli kartların verilməsi üçün məsələ qaldırmışıq.

İl ərzində təxminən 3-5 min nəfər görmə məhdudiyyətli şəxs dəmir yolu nəqliyyatından istifadə edir. Onların rahatlığı üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yolu sərnişin dayanacaqlarında da görmə imkanları məhdud şəxslərin sərbəst və təhlükəsiz hərəkəti üçün istiqamətverici daktil xətlər çəkilib.

Qeyd etmək istəyirəm ki, görmə imkanları məhdud və mədəniyyət sahəsində təhsil almış şəxslərin ölkənin musiqi məktəbləri və mədəniyyət müəssisələrində işlə təmin olunmasına başlanılıb. Son iki ildə görmə məhdudiyyətli 30 nəfərə yaxın şəxs ölkənin musiqi məktəbləri və mədəniyyət müəssisələrində müəllim, konsertmeyster və texniki işçi kimi fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2019-cu il fevralın 18-də verdiyi qərarla “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı”nda binokulyar korluq və binokulyar ağır görmə pozuntusu da pedaqoji fəaliyyət üçün məhdudiyyət yaradan diaqnozlar sırasına daxil edilib. 2022-ci il yanvarın 20-də verilən qərarla həmin siyahıda olunan dəyişiklik nəticəsində musiqi və incəsənət məktəbləri üçün istisna tətbiq edilib. Lakin həmin düzəliş ümumi təhsil müəssisələrinə şamil edilmədiyindən pedaqoji təhsili olan görmə imkanları məhdud şəxslərin məktəblərdə işləməsinə, həmçinin inklüziv cəmiyyətin inkişafına və onların inteqrasiyasına icazə vermir.

Cəmiyyətin nəzdində Brayl Nəşrləri və İnformasiya Resurs Mərkəzi fəaliyyət göstərir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həmin müəssisə üçün yeni printerlər alınıb, laminator və xüsusi proqram təminatı ilə təmin edilib. Yeni avadanlıqlar quraşdırılmasından sonra müəssisənin istehsal gücü 25–30 faiz atıb. Son illər ərzində 80–100 adda audio kitab hazırlanıb və 4 min nüsxə kitab görmə imkanları məhdud şəxslərin istifadəsinə verilib.

Son iki ildə Elm və Təhsil Nazirliyinin sifarişi ilə hərəsindən orta hesabla 15 nüsxə olmaqla 60 addan çox dərslik Brayl əlifbası ilə çap edilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən 20 adda dərslik sifariş edilərək inklüziv təhsil alan uşaqlara paylanılıb.

Bundan başqa, bp şirkəti ilə əməkdaşlıq nəticəsində 19 adda bədii, uşaq və tarixi mövzu da olan kitab Brayl üsulu ilə çap olunub və hər biri 50 nüsxə tirajla oxuculara təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 100 adda bədii və cizgi filminə tifloşərh əlavə edilərək gimiep.az portalında yerləşdirilib. JAWS səsli proqramının milli versiyası hazırlanaraq təmənnasız olaraq görmə məhdudiyyətli şəxslərə təqdim edilib.

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində dərsliklər Brayl əlifbası ilə çap edilib və bunun nəticəsində görmə imkanları məhdud uşaqların təhsilə bərabər çıxış imkanları yaradılıb. bp şirkəti ilə əməkdaşlıq nəticəsində həmin kateqoriyadan olanların mütaliə etməsi üçün bir sıra bədii kitablar Brayl üsulu ilə çap olunur. TİKA-nın dəstəyi ilə cəmiyyətin nəzdində fəaliyyət göstərən Brayl Nəşrləri və İnformasiya Resurs Mərkəzinin poliqrafik avadanlıqları yenilənib, istehsal imkanları genişləndirilib.

Cəmiyyətin təşkilati dəstəyi ilə hər il paytaxtda və ayrı-ayrı bölgələrdə Yeni il və Novruz şənlikləri, inklüziv tədbirlər və gənclərlə görüşlər keçirilir. Həmin tədbirlər görmə imkanları məhdud uşaqların sosial adaptasiyasına, özünəinamın formalaşmasına və cəmiyyətə inteqrasiyasına kömək edir.

Sağlamlıq imkanları məhdud olan həmin təbəqəyə məxsus şəxslərin qayğı və problemlərinin yüngülləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyası bizim üçün prioritet məsələdir və bu sahədə mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışırıq”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib