CENEVRƏDƏ NƏQLİYYATLA BAĞLI GÖMRÜK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə İşçi Qrupunun 104-cü sessiyası başa çatmışdır. Sessiyada Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Şahin Bağırov iştirak etmişdir. O, AZƏRTAC-ın müxbirinə demişdir ki, sessiyada Avropa dövlətləri gömrük orqanlarının, nəqliyyat təşkilatlarının və onların fəaliyyətini tənzimləyən dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Sessiyada Avropa üzrə İqtisadi Komissiyanın və BMT-nin digər orqanlarının fəaliyyəti, fərdi daşıma vasitələrinin müvəqqəti idxalına dair gömrük Konvensiyası, sərhədlərdə yüklər üzərində nəzarətin razılaşdırılmış şərtləri haqqında beynəlxalq Konvensiya (1982-ci il), beynəlxalq yükdaşıma kitabçalarından istifadə etməklə daşımalar üzrə gömrük Konvensiyası,qaçaqmalçılıq məqsədi ilə gömrük tranzit sistemlərindən sui-istifadələrin qarşısının alınması məsələləri müzakirə olunmuşdur. Nümayəndə heyətləri müzakirələrdə öz ölkələrinin mövqeyini açıqlamışlar. Müzakirələrin nəticələrinə dair yekun qərar bu ilin sentyabrında keçiriləcək növbəti görüşdə qəbul ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]