Cənub bölgəsi məktəblilərdə zəngin təəssüratlar yaradıb
Lənkəran, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bakının Yasamal və Səbail rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri Masallı, Lənkəran və Lerik rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olurlar.
Tur-aksiya çərçivəsində noyabrın 15-də Lənkəran rayonunda olan qrupun rəhbəri, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid Məmmədov AZƏRTAC-a müsahibəsində deyib:
“Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssüratlar yaradıb. Aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi aparmaq imkanı da əldə ediblər. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]