DÜNYA
Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirəcək
Bakı, 2 aprel, AZƏRTAC
keçirəcək.
Bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, aprelin 3-4-də keçiriləcək təlim Koreya Respublikası, ABŞ və Yaponiyanın Şimali Koreyanın sualtı qayıqdan buraxdığı ballistik raket kimi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulur. Üç ölkənin hərbçiləri “sualtı təhdidlər”in aşkarlanması, izlənilməsi, məlumatların paylaşılması üzrə məşq edəcəklər.
Xatırladaq ki, sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan sonuncu üçtərəfli təlim 2022-ci ilin sentyabrında baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [17:11]
Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb
- 11.05.2024 [16:33]
Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb
- 11.05.2024 [15:07]
Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
- 11.05.2024 [14:57]
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
- 11.05.2024 [14:30]