Cənubi Koreyada məktəbli bıçaqla 6 nəfəri yaralayıb
Pekin, 18 aprel, AZƏRTAC
Cənubi Koreyanın Çoncu şəhərində xüsusi təhsil alan 10-cu sinif şagirdi bıçaqlı hücum nəticəsində direktor və inzibatçı da daxil olmaqla 6 nəfərə xəsarət yetirib.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında sinif otağında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər üz, qarın və digər nahiyələrindən xəsarət alanların həyatı üçün təhlükə olmadığını açıqlayıb.
Hadisəni törədən şagird su rezervuarına tullansa da, xilas edilərək, xəstəxanaya yerləşdirilib.
Polis hadisənin detallarını araşdırır. Hadisəni törədən şagirdin xüsusi təhsil alan kimi qeydiyyatda olmasına baxmayaraq, adi məktəbdə oxuduğu məlum olub
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]