Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 232 min avtomobilini geri çağırır
Bakı, 14 mart, AZƏRTAC
Cənubi Koreyanın dörd yerli və xarici avtomobil kompaniyası istehsal qüsurlarına görə 232 min nəqliyyat vasitəsini geri çağırır.
AZƏRTAC Sinxua agentliyinə xəbər verir ki, “Hyundai Motor” inteqrasiya edilmiş şarj idarəetmə blokunda proqram səhvinə görə beş fərqli modeldən 113 min 916 ədəd, eləcə də farlarda dayanıqlıq çatışmazlığı səbəbindən 61 min 131 ədəd “Avante” modelini geri çağıracaq.
“Kia Corp” 126 ədəd “Ray” markalı avtomobilin hava yastığı xəbərdarlığındakı, 56 mindən çox EV6 markalı avtomobilin isə idarəetmə bloku proqramındakı xətanı aradan qaldıracaq. “Stellantis Korea” 527 ədəd “Jeep Cherokee” markasında standarta uyğun olmayan işıqlara, 148 ədəd “Jeep Wrangler” PHEV markasında isə yüksək gərginlikli akkumulyatorlardakı nasazlıqlara görə geri çağırır.
“Tesla Korea” aşağı sürət və ya geriyə dönmə zamanı piyadalar üçün nasaz xəbərdarlıq səsinə görə “Model 3” də daxil olmaqla, iki fərqli markadan olan 136 ədəd avtomobildəki xətaları düzəltməlidir.
Qeyd olunur ki, avtomobil sahibləri nasaz hissələri əvəzləmək üçün təmir və servis mərkəzlərinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]