Ceyhun Bayramov: Aİ Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır
Bakı, 27 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycanın Aİ ilə nəqliyyat-logistika və enerji sahəsində əməkdaşlığının artmaqda olduğunu vurğulayan Ceyhun Bayramov deyib: “Eyni zamanda, hərtərəfli münasibətləri tənzimləyən Aİ ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi üzərində də iş davam edir. Sazişin hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Mövcud olan əməkdaşlığın səviyyəsindən məmnunuq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]