Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasında Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı 1987-1991-ci illərdə Ermənistandan 300 mindən çox azərbaycanlının zorla qovulması, Ermənistan hökumətinin oradakı bütün Azərbaycan toponimlərini dəyişdirməsi və tarixi-mədəni irsini dağıtması barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, nazir, həmçinin Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməsinin insan hüquqları sahəsində beynəlxalq aktların kobud şəkildə pozuntusu olduğunu vurğulayıb.
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə ali komissarını və BMT-nin bu sahədə digər müvafiq qurumlarını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə məşğul olmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]