Ceyhun Bayramov TDT-dən olan həmkarlarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, nazir, həmçinin regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarını geniş məlumatlandırıb.
TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.