Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Məmmədov: Sevindirici haldır ki, İlahiyyat İnstitutunu seçən abituriyentlər yüksək bal toplayıblar

Ceyhun Məmmədov: Sevindirici haldır ki, İlahiyyat İnstitutunu seçən abituriyentlər yüksək bal toplayıblar

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu ilk tədris ilini başa vurub. Ali təhsil müəssisəsinin ötən bir il ərzində fəaliyyəti haqqında ətraflı məlumat vermək, yeni tədris ilindən gözləntiləri öyrənmək üçün AZƏRTAC institutun rektoru Ceyhun Məmmədovla müsahibəni təqdim edir.

-Azərbaycan İlahiyyat İnstitutuna qəbul iki ixtisas üzrə aparılır. Bu qəbuldan gözləntiləriniz nədən ibarətdir?

- Hazırda institutumuz yeni tədris ilinə hazırlaşır. Qeyd etdiyiniz kimi, təhsil müəssisəsinə qəbul iki ixtisas üzrə - dinşünaslıq və islamşünaslıq istiqamətlərində aparılır. İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər həm də müsahibədən keçməlidirlər. Artıq müsahibədən keçən abituriyentlərimiz var. Bu sahə spesifik olduğundan, ixtisasa uyğun təfəkkürə, dünyagörüşünə uyğun gəncləri seçməyə çalışırıq.

İslamşünaslıq ixtisasına qəbul edilənlərin məscidlərdə din xadimi, dinşünaslıq ixtisasına qəbul olunanların isə dövlət orqanlarında və ali dini təhsil müəssisələrində fəaliyyət göstərmələri nəzərdə tutulur.

Ümumilikdə bu il instituta 72 abituriyentin qəbulu planlaşdırılır ki, onlardan 36-sı islamşünaslıq ixtisası üçün nəzərdə tutulur. Otuz altı yer üçün 130-dan çox abituriyent mübarizə aparacaq. Onların arasından bu ixtisasa uyğun gələn gənclərimizi seçirik. Sevindirici haldır ki, institutumuzu seçən, müsahibəyə gələn abituriyentlər kifayət qədər yüksək bal toplayıblar.

-Tədris ili boyunca Azərbaycan İlahiyyat İnstitutu ölkəmizin bölgələrinə çoxsaylı səfərlər təşkil etdi. Səfərlərdə məqsəd nə idi?

-Səfərlərin bir neçə məqsədi var idi. Bunlardan biri respublikanın bəzi bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlər keçirməklə, 2019-2020-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır. Həmçinin ölkəmizin bütün bölgələrindən potensiallı gənclərin qəbulunu həyata keçirməkdir. İnstitutumuz yeni yarandığı üçün onu təbliğ etməyə çalışırıq.

Digər səfərlərimizin məqsədi isə tələbələrimizin dünyagörüşünün zənginləşdirilməsi, ölkəmizdəki tarixi-dini abidələrlə, multikultural və tolerant mühitlə onların yaxından tanışlığına şərait yaradılması idi. Cocuq Mərcanlı, Qəbələ, Şamaxı, Quba rayonlarına səfərlərdə tələbələrimiz qədim mədəniyyətimizlə, zəngin mənəviyyatımızla yaxından tanış oldular. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılması olduqca mühüm məsələdir. Azərbaycan İlahiyyat İnstitutu gənclərimizin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması üçün belə səfərləri zaman-zaman təşkil edir.

Mühüm bir amili də qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödnənişsizdir. Tələbələr institutu bitirdikdən sonra dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanına malikdirlər. Həmçinin təhsillərini başa vurduqdan sonra müxtəlif dövlət qurumlarında çalışa biləcəklər.

-Qeyd etdiniz ki, səfərlərin bir hissəsi Azərbaycan İlahiyyat İnstitutunun tanıdılması məqsədilə keçirilir. İnstitutun təbliği üçün daha hansı işlər görülüb?

-Gördüyümüz ilk işlərdən biri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində kataloqun nəşri oldu. Bundan əlavə, ana dilimizdə olmaqla, həmçinin ingilis, ərəb və rus dillərində broşür və bukletlər çap etdik. İnstitutumuzun Azərbaycan, rus və ingilis dillərində saytı fəaliyyətə başladı. Burada məlumat hər gün 3 dildə yenilənir. Siz buradan ali təhsil müəssisəsi haqqında bütün lazımi məlumatları əldə edə, fəaliyyətimiz haqqında xəbərləri izləyə bilərsiniz.

Bir il ərzində ali təhsil müəssisəsinin tanıdılması istiqamətində kütləvi informasiya vasitələrində - televiziyalarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında haqqımızda müxtəlif verilişlər və yazılar dərc olundu. Mən bununla əlaqədar olaraq bir daha bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə və kollektivinə təşəkkür edirəm.

-Fəaliyyətinizi tətil zamanı da davam edirirsiniz. Bu günlərdə tələbələriniz Türkiyənin Bursa şəhərində təşkil edilmiş yay məktəbinə yollanıblar. Yay məktəbinin tələbələrə nə kimi səmərəsi olacaq?

-Azərbaycan İlahiyyat İnstitutunun 16 qız, 14 oğlan olmaqla, 30 tələbəsi Türkiyənin Bursa şəhərində təşkil olunmuş yay məktəbinə qatılıb. Biz bu proqramı Türkiyənin Təhsil Nazirliyi və Dini İşlər İdarəsi arasında əldə olunmuş razılaşmaya əsasən təşkil etdik.

Bursada yay məktəbi iki istiqamətdə aparıldı. Dərslər müxtəlif sahələrdə - ərəb dili, ingilis dili, islam elmləri üzrə tədris edildi. Eyni zamanda, müxtəlif ilahiyyatçı alimlərlə görüşlər təşkil olundu. Tələbələrin asudə vaxtlarının düzgün dəyərləndirilməsinə xüsusi diqqət yetirildi. Bursa şəhərinin tarixi yerlərinə ziyarətlər təşkil olundu. Yay məktəbində təkcə İlahiyyat İnstitutunun tələbələri deyil, Qazaxıstan və Qırğızıstanın ali məktəblərinin İlahiyyat fakültələrindən də gənclər iştirak etdilər. Bu da tələbələrimizin dünyagörüşünün zənginləşməsinə, müxtəlif mədəniyyətlərlə tanışlığına səbəb oldu. Gənclərimiz, həmçinin ölkəmizin tolerant və multikultural mühitini burada tanıdıblar.

Biz belə məktəbləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq. İnstitutumuz qış məktəbi layihəsi təşkil etmişdi, bu da tələbələrimizin inkişafına böyük təkan vermişdi.

Belə tədbirlərin, məktəblərin təşkil olunmasında məqsədimiz tələbələrimizin İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnmələrini təmin etmək, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan din xadimləri yetişdirmək, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

-İlk tədris ilini başa vurdunuz. Nəticələrdən razısınızmı?

-Ötən bir il ərzində səy göstərdik ki, tələbələr güclü təhsil ala bilsinlər. İlk gündən etibarən, institutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra - tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik. Azərbaycan İlahiyyat İnstitutunun mövcud ali təhsil müəssisələri arasında çox fərqli, şəffaf, modern, aydın və sağlam təməli quruldu.

Tələbələrimizin təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə cəlb olunmasına başladıq, həmçinin bölgələrimizə səfərlər etdik. Bunların hər biri tələbələrimizin daha dərin dini və dünyəvi biliklərə malik olmaları, mənəvi dünyalarının, dünyagörüşlərinin zənginləşdirilmələri, natiq kimi yetişmələri üçün edilirdi.

Bir il ərzində tələbələrimizin dünyagörüşündə, nitq qabiliyyətində nə qədər dəyişikliyin şahidi olduq. Dərslərdə, imtahanlarda şəffaflığın qorunması üçün əlimizdən gələni etdik. Tələbələrin tədris olunan fənləri sevmələri, hazırlıqlı olmaları üçün əlimizdən gələni əsirgəmədik.

Azərbaycan İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq. Ona görə ki, onların hər biri bizim gələcəyimizdir. Gələcəyimizin etibarlı təməllər üzərində qurulmasını istəyiriksə, gənclərimizi sağlam mühitdə, Vətəninə, millətinə xeyirli övlad olaraq yetişdirməliyik.

Daim tələbələrimiz üçün daha nələr edə biləcəyimizi düşünürük ki, onların daha bacarıqlı, savadlı, zəngin dünyagörüşlü olmalarını təmin edək. Düşünürəm, ali təhsil müəssisəsini bitirib hər hansı təşkilatda, qurumda işləyən məzunumuz həm dini savadını, həm də dünyəvi elmləri dərindən bilən, yüksək dil biliklərinə malik olduğunu hər kəsə nümayiş etdirsin.

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən siz də konfrans keçirəcəksiniz. Konfransın mövzusu və istiqamətləri barədə bir qədər məlumat verərdiniz.

-Məqsədimiz böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinin, bədii-publisistik və elmi-nəzəri irsinin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir. Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq.

-“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun təşkilatçılarından biri də Azərbaycan İlahiyyat İnstitutu oldu. Nəticələri sizi qane etdimi?

-Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladığı ilk gündən beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət verir. Bu əlaqələrin nəticəsi olaraq, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunu keçirdik. İlk dəfə bu simpozium ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təşkil olunub.

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, eyni zamanda, bütün region üçün əlamətdar hadisədir. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrin universitetlərindən Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 12 paneldə 100-dən çox məruzəsi dinlənildi. Bu məruzələrin tezisləri Azərbaycan, rus və ingilis dillərində çap olundu. Yaxın zamanda iştirakçıların məqalələri də dərc ediləcək. Güman edirəm, buradakı məqalələrin hər biri gələcəkdə araşdırma mövzusu ola bilər.

-Gələcək hədəflərinizi, məqsədlərinizi öyrənmək maraqlı olardı...

-Əsas məqsədimiz, hədəfimiz gənclərimizin ali dini biliklərə yiyələnmələrinə, eyni zamanda, dünyəvi elmlərə dərindən bələd olmalarına lazımi şərait yaratmaqdır. Bizim hər hədəfimiz, məqsədimiz bu amal üzərinə köklənir. Aparıcı ali dini təhsil müəssisələri ilə əlaqələr qurmağa, onlarla əməkdaşlıq etməyə, gələcəkdə tələbələrimizin təhsillərini dünyanın qabaqcıl ali tədris müəssisələrində davam etdirmələrinə çalışırıq.

Karyera Mərkəzinin açılması gələcək planlarımıza daxildir. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəz gələcəyin intellektual kapitalının yetişdirilməsində tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verməklə, onları iş dünyasına hazırlamaq məqsədi daşıyır. Həmçinin bir sıra qurumlarla əlaqələr yaratmağı, könüllülük proqramı vasitəsilə məzunlarımızın iş imkanlarını artırmağı planlaşdırır.

Elmi fəaliyyətimizə gəldikdə isə müəllimlərimiz yeni dərs proqramları və dərsliklərin hazırlanması üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq. Bundan əlavə, qədim əlyazmaların çap olunmasını planlaşdırırıq.

İnstitutun hər ay çap olunan “İlahiyyatçı” qəzeti, ildə iki dəfə nəşr edilən “Din araşdırmaları” jurnalı da mövcuddur.

Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.

Eyni zamanda, ilahiyyat sahəsində problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirmək istəyirik.

-Məzmunlu müsahibənizə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY