Çaylarda aparılan araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşları yanvarın 16-da çaylarda araşdırma aparmışlar.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqazda 145-165, Lənkəran-Astarada 45-115, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 154 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 64 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 559, Şirvanda 452, Bankədə 305, Araz çayının Novruzlu məntəqəsində isə 292 santimetr olmuşdur. Bu isə bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]