Çeçenistandan Suriya və Türkiyəyə 6 təyyarə humanitar yardım göndəriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Çeçenistan hökuməti Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə 6 təyyarə humanitar yardım göndərməyi planlaşdırır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
Onun sözlərinə görə, təyyarələrdən birincisi sabah Suriyaya yola düşəcək.
Nazir əlavə edib ki, Türkiyədə Çeçenistandan olan insanların yaşadığı bir neçə yaşayış məntəqəsi var. Onlara artıq iki dəfə yardım göndərilib. Çeçenistan Respublikası Baş nazirinin müavini Hasan Hakimov 20 ton ərzaq məhsulunun göndərilməsini təşkil edib. Həmçinin Türkiyədə (təkcə çeçenlərə deyil) zərər çəkənlərə müvəqqəti yaşayış üçün onlarca konteyner çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]