“Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
Bakı, 3 iyul, AZƏRTAC
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında ikinci finalçının adı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iyulun 2-də keçirilən matçda hollandiyalı Aniş Giri rusiyalı Yan Nepomnyaşini tay-brekdə 3,5:2,5 hesabla məğlub edib. Üç matçın nəticəsinə görə 2:1 hesabla irəliyə çıxan hollandiyalı şahmatçı finala vəsiqə qazanıb.
Qeyd edək ki, M.Karlsen çinli Liren Dinq üzərində qələbə qazanaraq finalda çıxış etmək hüququna sahib olub.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]