SİYASƏT
Çexiyanın Karl Universitetinin tələbələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb


Praqa, 10 may, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Çexiyanın Karl Universitetinin Fəlsəfə fakültəsinin tələbələrinə Azərbaycanın müasir tarixi barədə mühazirə oxuyub. O, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda həyata keçirilən islahatlar, layihələr haqqında tələbələrə geniş məlumat verib. Sədr, həmçinin Azərbaycanın qonşu dövlətlərlə, Avropa İttifaqı və Çin ilə münasibətlərindən də danışıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin və enerji mənbələrinin şaxələndirilməsinin təmin olunmasında oynadığı mühüm rola toxunaraq, yaxın gələcəkdə TAP layihəsinin istismara verilməsindən sonra tərəflər arasında əlaqələrin daha da inkişaf edəcəyini bildirib. F.Şəfiyev tələbələrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa