Çilinin “Infogate” agentliyi Dağlıq Qarabağda müsəlman ziyarətgahlarının dağıdılması barədə yazıb
Madrid, 9 noyabr, AZƏRTAC
Çilinin “Infogate” agentliyinin saytında “Azərbaycan Ermənistanı Dağlıq Qarabağda müsəlman ziyarətgahlarının dağıdılmasında ittiham edir” sərlövhəli məqalə dərc edilib .
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağdakı müsəlman ziyarətgahlarının və qəbiristanlıqlarının təhqir edilməsində Ermənistanı ittiham etməsi və UNESCO-dan təcili olaraq tədbirlər görməyi xahiş etməsi barədə bildirilir.
“Infogate” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsində erməni işğalı zamanı tarixi abidənin donuz damına çevrilməsi barədə yerləşdirdiyi video və məlumatı dərc edib.
Çili agentliyi Hikmət Hacıyevdən sitat gətirərək yazır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardakı tarixi abidələri üzərində onların Azərbaycana məxsusluğuna dair izləri silməyə çalışır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]