Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusla yoldaşlıq oyunu keçirib
Bakı, 27 avqust, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Belarus seçməsi ilə qarşılaşıb. Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb. Azərbaycan millisinin heyətində qolları Ramil Əliyev və İsa Zeynallı vurublar.
Komandalar bu gün ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan yığmasının hazırlıq prosesi ayın 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]