Çin atmosfer tədqiqatları üçün hazırlanan ilk yerli təyyarəni sınaqdan keçirib
Bakı, 6 iyul, AZƏRTAC
Çin atmosferin tədqiqi üçün hazırladığı ilk yerli təyyarənin sınaq uçuşunu uğurla başa vurub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat yayıb. Bildirilib ki, təyyarə havanın keyfiyyətinin öyrənilməsi üçün nəzərdə tutulub. O, atmosferin müxtəlif yüksəkliklərində havanın vəziyyətini ölçə və çirklənməni daha dəqiq müəyyən edə bilir.
Təyyarə PM2.5 və PM10 hissəciklərini, zərərli qazları, karbon qazı və metan kimi istixana qazlarını, həmçinin bulud suyunun xüsusiyyətlərini eyni vaxtda müşahidə etmək imkanına malikdir.
Məlumata görə, bu model Çin Mülki Aviasiya Administrasiyası (CAAC), ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən sertifikat almış yeganə Çin istehsalı mülki təyyarədir.
Yaxın vaxtlarda təyyarənin müxtəlif yüksəkliklərdə və hava şəraitində 30 saatdan çox sınaq uçuşu həyata keçirməsi planlaşdırılır. Toplanacaq məlumatlardan ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatlarda istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [16:55]
Şri-Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb
- 06.07.2026 [16:33]
Gürcü siyasətçi: Anakliya limanı dünyanın Qafqaza açılan qapısı olmalıdır
- 06.07.2026 [16:23]
Bolqarıstanlı fermerlər Yunanıstanla sərhəd keçidini bağlayıblar
- 06.07.2026 [16:20]
Dünya Bankı Özbəkistanda təhsilin inkişafına 105 milyon dollar ayırıb
- 06.07.2026 [16:03]