Çin aviaşirkətlərinə “Boeing” təyyarələri almaq qadağan edilib
Bakı, 15 aprel, AZƏRTAC
Çinin hakimiyyət orqanları yerli aviaşirkətlərə ABŞ-ın “Boeing” korporasiyasının təyyarələrini almağı qadağan edib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Pekin, həmçinin yerli kompaniyalara ABŞ şirkətlərindən təyyarə komponentlərinin və avadanlıqların satın alınmasını dayandırmağı tələb edib.
Hazırda Çin hökuməti “Boeing” təyyarələrini icarəyə götürən və qadağalar səbəbindən yüksək xərclərlə üzləşən aviasiya şirkətlərinə dəstək variantlarını araşdırır.
Qeyd edək ki, ÇXR aviaşirkətləri təxminən 10 ədəd “Boeing 737 Max” təyyarəsinin tədarükünü gözləyir. Təyyarələrin bəziləri “Boeing” kompaniyasının Sietldəki istehsal bazasında, digərləri isə artıq Çinin Çjouşan şəhərindədir.
Agentliyin məlumatına görə, ABŞ-ın Çinə qarşı əks-tariflərinin tətbiq edildiyi aprelin 12-dən öncə sənədləri və ödənişləri tamamlanan təyyarələrin ölkəyə idxalına icazə verilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]