Çin Avropanın altı ölkəsi üçün vizasız rejim tətbiq edəcək
Bakı, 7 mart, AZƏRTAC
Çin hakimiyyəti Avropanın altı ölkəsinin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, ÇXR-in xarici işlər naziri Van İ bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Pekin martın 14-dən sınaq olaraq İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq üçün vizasız rejim tətbiq edəcək”, - deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ÇXR ölkələr arasında personal mübadiləsini asanlaşdırmaq, o cümlədən ödəniş xidmətlərinin miqdarını artırmaq üçün təşəbbüslər irəli sürməyə davam edəcək.
Xatırladaq ki, Çin hökuməti 2023-cü il dekabrın 1-dən etibarən Avropa İttifaqının beş ölkəsi - İspaniya, İtaliya, Niderland, Fransa və Almaniya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada aradan qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]