ÇİN AZƏRBAYCANIN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Nazir demişdir ki, iki ölkə arasında indiki sıx münasibətlərin əsasını Prezident Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri və ümummilli liderin ÇXR rəhbərliyi ilə keçirdiyi danışıqlar və görüşlər qoymuşdur. Çin diplomatının fikrincə, qarşılıqlı əmtəə dövriyyəsi ölkələrimizin zəngin iqtisadi potensialını əks etdirmir. O, ticarət-iqtisadi əməkdaşlığın genişləndiriləcəyinə ümid bəslədiyini bildirərək, humanitar sahədə yaranmış əlaqələri, o cümlədən Bakı Dövlət Universitetində Çin dili və ədəbiyyatı şöbəsinin açılmasını yüksək qiymətləndirdi.
Cənab Li Çjaosin vurğulamışdır ki, qədimdə Böyük İpək yolu vasitəsilə birləşmiş Azərbaycanı və Çini indi sülhsevərlik, ümumbəşəri dəyərlərə sadiqlik telləri bağlayır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çinli həmkarı ilə görüşü barədə jurnalistlərə məlumat verərək, söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlərin müzakirə edildiyini bildirmişdir. O, Azərbaycan-Çin əlaqələrinin xarakterini yüksək qiymətləndirmiş və bu əlaqələrin turizm sahəsində və ümumən, humanitar sahədə böyük inkişaf perspektivləri olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]