Çin ilin ilk peykini orbitə çıxarıb
Pekin, 11 yanvar, AZƏRTAC
Çin ilin ilk peyki olan “Zhongxing-2D”ni yanvarın 11-də orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, telekommunikasiya peyki yerli vaxtla gecə 1:11-də Siçuan vilayətində Siçanq kosmodromundan “Long March-3B” daşıyıcı raketi vasitəsilə orbitə göndərilib. Bildirilir ki, peyk müəyyən edilmiş orbitə çatıb.
Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının mütəxəssislərinin hazırladığı peyk Çinin teleradio stansiyaları və kabel televiziyası şəbəkəsi üçün müvafiq xidmətləri yerinə yetirəcək.
Qeyd edək ki, bu, “Long March” seriyasından 298-ci raket buraxılışıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 13 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]