Çin Kommunist Partiyası növbəti beşillik planı müzakirə etmək üçün toplaşıb
Pekin, 20 oktyabr, AZƏRTAC
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Pekində işə başlayan 4-cü plenumunda ölkənin 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik planı müzakirə olunur.
AZƏRTAC Çin rəsmi mediasına istinadla xəbər verir ki, partiyanın rəhbəri Si Cinpinin sədrliyi ilə keçirilən plenuma 300-dən çox partiya rəsmisi qatılıb.
Plenum oktyabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Çində sosial-iqtisadi inkişafla bağlı beşillik planların icrasına 1953-cü ildən başlanılıb. Planda növbəti 5 il üçün əsas sosial-iqtisadi hədəflər müəyyən edilir.
Çinin Dövlət Statistika Bürosu oktyabrın 20-də ölkənin iqtisadi inkişaf göstəricilərini açıqlayıb. İlin 9 ayında ümumi daxili məhsul (ÜDM) 5,2 faiz artaraq 101,5 trilyon yuana (təxminən 14,3 trilyon ABŞ dollar) çatıb. İlin 3-cü rübündə isə artım 4,8 faiz təşkil edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]