Çin müdafiə büdcəsini 7,5 faiz artırır
Pekin, 5 mart, AZƏRTAC
Çin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.
Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Cari il üçün nəzərdə tutulan 7,5 faizlik artım ötən illə müqayisədə aşağıdır.
Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [16:32]
Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq
- 27.08.2026 [16:30]
Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır
- 27.08.2026 [16:00]
Böyük Britaniyada salmonellaya yoluxanların sayı 500-ə yaxınlaşıb
- 27.08.2026 [14:35]
Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq
- 27.08.2026 [14:26]
Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb
- 27.08.2026 [14:19]
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
- 27.08.2026 [13:59]