Çin növbəti beş il ərzində ÜST-yə əlavə 500 milyon dollar verəcək
Bakı, 21 may, AZƏRTAC
Çin hakimiyyəti növbəti beş il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi göstərmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyi məlumat verib.
“Çin növbəti beş il ərzində ÜST-yə 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi, o cümlədən Qlobal İnkişaf Fondu və Cənub əməkdaşlığı vasitəsilə layihələrə dəstək vermək niyyətindədir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Daimi nümayəndəlik izah edib ki, Pekin təşkilatı qlobal səhiyyə idarəçiliyində aparıcı və əlaqələndirici rolunu yerinə yetirməkdə dəstəkləyir. O da qeyd olunub ki, tərəflər hələ də maliyyə dəstəyinin məqsədyönlü istifadəsinə dair razılığa gələ bilməyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [14:47]
“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir
- 28.10.2026 [14:44]
Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər
- 28.10.2026 [14:31]
İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb
- 28.10.2026 [14:20]