Çin orbitə eyni raketlə 3 peyk çıxarıb
Pekin, 17 iyun, AZƏRTAC
Çin iyunun 17-də Ciüçüən kosmodromundan “Long March-2D” raketdaşıyıcısı ilə orbitə 3 peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, Yerin məsafədən yüksək görüntü ilə optik zondlanmasını həyata keçirəcək “Gaofen-9 03" peyki artıq orbitdə planlaşdırılan nöqtəyə çatıb. Peyk torpaq tədqiqatı, şəhər planlanlaşdırılması, yol şəbəkəsinin dizaynı, bitkilərin məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlər barədə erkən xəbərdarlıq, habelə “Bir kəmər, bir yol” təşəbbüsünün icrası üçün informasiya təminatı üçün istifadə olunacaq.
Cıcian Universitetinin hazırladığı digər peyk kiçik və nano peyk texnologiyalarının test edilməsi üçündür. "HEAD Aerospace Technology" şirkətinin ərsəyə gətirdiyi sonuncu peyk isə gəmi və təyyarələrin hərəkət statusu üçün məlumatların toplanması və “Əşyalar interneti” üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından olan raketlərin 335-ci buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]