Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin səfiri: Azərbaycan Avropanı Asiya ilə bağlayan mühüm nəqliyyat qovşağıdır

Çin səfiri: Azərbaycan Avropanı Asiya ilə bağlayan mühüm nəqliyyat qovşağıdır

Bakı, 29 noyabr, AZƏRTAC

Çin Kommunist Partiyasının sonuncu, XIX qurultayı dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Hər hansı ölkədə keçirilən siyasi toplantıların heç də hər biri bu qədər böyük marağa səbəb olmur. Dünyanın ən böyük dövlətlərindən biri olan Çinin iqtisadiyyatı ÜDM-in illik həcminə görə dünyada ikinci yeri tutur. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Vey Cinxua AZƏRTAC-a eksklüziv müsahibəsində Çin kommunistlərinin qurultayının yekunları, qarşıya qoyulan hədəflər, müxtəlif sahələrdə Çin-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, habelə iki ölkənin KİV-ləri arasında əməkdaşlıq barədə danışıb.

Çin spesifikalı sosializm uzunmüddətli səylərdən sonra “yeni dövr”ə qədəm qoyub

-Cənab səfir, Çin Kommunist Partiyasının XIX qurultayında yeni bir ifadə səsləndi: “Çin spesifikalı sosializm yeni dövrə qədəm qoyub”. “Yeni dövr”ün xüsusiyyətləri nədən ibarətdir, Çin öz qarşısına hansı konkret hədəflər qoyub?

-Çin Kommunist Partiyasının baş katibi Si Cinpin partiyanın XIX qurultayındakı məruzəsində bəyan edib ki, Çin spesifikalı sosializm uzunmüddətli səylərdən sonra “yeni dövr”ə qədəm qoyub. Bu, Çinin inkişafı üçün yeni tarixi mövqedir. Çin spesifikalı sosializmin “yeni dövr”ünün xüsusiyyətləri əsasən aşağıdakı üç aspektdə əks olunub: birincisi, Çin spesifikalı sosializm inkişafın yeni mərhələsinə qədəm qoyub. ÇKP-nin XVIII qurultayından sonra Çin islahatlar keçirilməsi və aşkarlıq məsələsində tarixi uğurlar qazanıb, partiyanın və dövlətin fəaliyyətində tarixi dəyişikliklə baş verib. İkincisi, Çin cəmiyyətinin əsas ziddiyyətində dəyişikliklər baş verib. Hazırda xalqın daha gözəl yaşamağa daim artan tələbatı ilə inkişafın qeyri-müntəzəmliyi və natamamlığı arasında mövcud ziddiyyət insanların artan maddi və mədəni ehtiyacları ilə geridə qalan ictimai istehsal arasında ziddiyyəti əvəzləyib. Üçüncüsü, Çin beynəlxalq arenada baş verən yeni dəyişikliklərlə üzləşib. Hazırda dünyada möhtəşəm inkişaf dövrü, böyük dəyişikliklər və ciddi yenidənqurma dövrü yaşanır, xarici şərait Çinin inkişafı baxımından daha da mürəkkəbləşib. Xarici aləmlə Çinin qarşılıqlı bağlılığı və interaktivliyi günbəgün güclənir. Çin inamla dünya arenasının mərkəzinə çıxır.

ÇKP-nin XIX qurultayı öz qarşısına böyük bir məsələ - hərtərəfli modernləşdirilmiş sosializm dövləti qurmaq məsələsi qoyub. 2020-ci ilədək Çin orta təminatlı cəmiyyət quruculuğunu tam başa çatdıracaq, 2020-2035-ci illərdə sosial modernləşmə həyata keçirəcək, daha sonra - 2035-ci ildən əsrin ortalarına qədər növbəti 15 il ərzində zəngin və qüdrətli, demokratik və sivilizasiyalı, harmonik, gözəl və modernləşdirilmiş sosialist dövlətinə çevriləcək.

Çinin inkişaf etməkdə olan ən böyük ölkə kimi beynəlxalq statusu dəyişməz qalır

-ÇKP-nin XIX qurultayına məruzədə Çin cəmiyyətinin əsas ziddiyyətinin dəyişməsi şərh edilib. Belə bir qərar qəbul olunması nəyə əsaslanır? Bu o deməkdirmi ki, Çin artıq inkişaf etmiş ölkəyə çevrilib?

-1956-cı ildə ÇKP-nin VIII qurultayında bildirilmişdi ki, Çin cəmiyyətində əsas ziddiyyət insanların daim artan maddi və mədəni ehtiyacları ilə geridə qalan ictimai istehsal arasında ziddiyyətdir. Bu ifadə 60 ildən çoxdur ki, mövcuddur. Partiyanın XIX qurultayına məruzədə bu məsələyə yenidən nəzər salınıb və bəyan edilib ki, Çin cəmiyyətinin əsas ziddiyyəti xalqın daha yaxşı yaşamağa daim artan tələbatı ilə inkişafın qeyri-müntəzəmliyi və natamamlığı arasında mövcud ziddiyyətdir. Çin Kommunist Partiyası tərəfindən tarixin və reallığın, nəzəriyyənin və praktikanın, daxili və beynəlxalq şəraitin kompleks şəkildə qiymətləndirilməsi yolu ilə seçdiyi bu düzgün yanaşma üç arqumentə əsaslanır.

Əvvələn, 40 illik islahatlar və aşkarlıq siyasətindən sonra Çində məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkə bir sıra aspektlərə görə dünyanın lider ölkələri sırasına daxil olub. “Geridə qalmış ictimai istehsal” ifadəsi Çinin inkişafının indiki vəziyyətini real əks etdirmirdi. Məsələn, ÜDM-in həcminə görə Çin dalbadal 6 il ərzində dünyada ikinci yeri tutur. Xarici ticarətin, xarici investisiyaların ümumi həcmi, istehsalın əlavə dəyəri kimi göstəricilər üzrə Çin dünyanın aparıcı ölkələrindən biridir.

İkincisi, Çin xalqının həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşması müşahidə olunur, həm daha yüksək maddi və mənəvi həyata, həm də demokratiya, qanunçuluq, bərabərlik, ədalət, təhlükəsizlik və ekologiya kimi dəyərlərə tələbat artır. “Maddi və mədəni ehtiyaclar” anlayışı xalqın arzu və tələblərini tam əks etdirə bilmir.

Üçüncüsü, Çin xalqının tələbatının təmin edilməsinə təsir göstərən amillər çoxdur. Əsas problem inkişafın qeyri-müntəzəmliyi və natamamlığı problemidir, regionlarda, həmçinin sosial iqtisadiyyatın bir sıra sahələrində tarazlığın və inkişafın lazımi səviyyədə olmaması müşahidə edilir.

Obyektiv vəziyyət belədir ki, Çinin şərqində bəzi inkişaf etmiş şəhərlərdə həyat səviyyəsi Qərbin inkişaf etmiş ölkələrində olduğu dərəcədə, hətta bəzi göstəricilərə görə onlardan da üstündür. Kənd yerlərində və qərb rayonlarında isə iqtisadi və sosial inkişaf əvvəlki kimi nisbətən aşağıdır.

Adekvat qidalanma və geyim probleminin həll edilməsinə baxmayaraq, gəlirlərin bölgüsündə əvvəlki kəskin fərqlər qalır, on milyonlarla insan yoxsulluq vəziyyətindədir. Əhalinin hər nəfərinə düşən ÜDM dünya üzrə orta səviyyədədir. Nəticədə, Çinin əsas reallığı dəyişməyib, Çin yenə də əvvəlki kimi, sosializmin başlanğıc mərhələsindədir və hələ uzun müddət bu mərhələdə qalacaq. Çinin inkişaf etməkdə olan ən böyük ölkə kimi beynəlxalq statusu dəyişməz qalır.

Biz bütün ölkələrin xalqlarını səyləri birləşdirərək “Vahid taleli insan cəmiyyəti” qurmağa çağırırıq

-ÇKP-nin XIX qurultayında qəbul edilmiş qərarlar müasir Çin ilə dünya ölkələri arasında münasibətlərin və əməkdaşlığın perspektivinə necə təsir göstərəcək?

Çin spesifikalı böyük dövlətin diplomatiyasının hərtərəfli inkişafı Si Cinpinin yeni dövrün Çin spesifikalı sosializmi barədə ideyasının mühüm tərkib hissəsidir. ÇKP-nin XIX qurultayı “dünya xəritəsinə üz tutmuş” qurultaydır. Baş katib Si Cinpin qurultayda Çin spesifikalı böyük dövlətin diplomatiyasının yuxarı səviyyəsini layihələşdirib. O deyib: “Çin spesifikalı böyük dövlət diplomatiyası yeni tipli beynəlxalq münasibətlər qurulmasına və “Vahid taleli insan cəmiyyəti”nin formalaşmasına kömək etməlidir. Bu, Çinin “yeni dövr”də öz diplomatiyasında rəhbər tutduğu ümumi məqsədi xeyli dərəcədə əks etdirir, başqa ölkələrlə birlikdə bizim nail olmağa çalışdığımız ümumi istiqamətə işıq salır. Çin spesifikalı diplomatiya Si Cinpinin yeni dövrün Çin spesifikalı sosializmi haqqında ideyasına əsaslanaraq sülh, inkişaf, əməkdaşlıq, ümumi rifah bayrağını uca tutacaq. Biz dinc yanaşı yaşamağın beş prinsipi əsasında bütün ölkələrlə dostluğu və əməkdaşlığı dönmədən və qətiyyətlə inkişaf etdirəcək, qarşılıqlı hörmətə, bərabərliyə, ədalətə, əməkdaşlığa və ümumi rifaha əsaslanan yeni tipli beynəlxalq münasibətlərin formalaşmasını stimullaşdıracağıq. Biz bütün ölkələrin xalqlarını səyləri birləşdirərək “Vahid taleli insan cəmiyyəti” qurmağa, uzunmüddətli sülh, ümumi təhlükəsizlik, birgə firavanlıq, aşkarlıq və inklüzivlik bərqərar olmuş təmiz və gözəl dünya yaratmağa çağırırıq.

Çin iqtisadiyyatı sürətli artım dövründən keyfiyyətcə inkişaf mərhələsinə keçib

-Son illərdə Çində sürətli iqtisadi inkişaf müşahidə olunur. Dünya maliyyə böhranı fonunda Çin ölkə iqtisadiyyatının sürətli və davamlı inkişafını dəstəkləmək üçün nə kimi iri islahatlar və tədbirlər həyata keçirməyə hazırlaşır?

-Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi və dünya iqtisadiyyatının tənəzzülü ilə üzləşən Çin ölkə iqtisadiyyatını yeni, normal vəziyyətə istiqamətləndirir və bununla da qlobal iqtisadiyyatın sabitliyi və artımı üçün güclü impulsu təmin edir. 2013-2016-cı illərdə Çində ÜDM orta hesabla 7,2 faiz artıb, bu isə dünya iqtisadiyyatının 30 faizdən çox artmasına şərait yaradıb. Hazırda Çin iqtisadiyyatı düzgün istiqamətdə durmadan inkişaf edir, 2017-ci ildə istehsalın ümumi həcmi 12 trilyon ABŞ dollarına çatacaq və dünyada ikinci yerdə möhkəmlənəcək.

Çin iqtisadiyyatı sürətli artım dövründən keyfiyyətcə inkişaf mərhələsinə keçib. Hazırda Çin inkişafın transformasiyası, iqtisadiyyatın strukturunun optimallaşdırılması və artım üçün stimulun dəyişməsi mərhələsindədir. Modernləşdirilmiş iqtisadi sistem yaradılması ölkəmizin inkişafının strateji hədəflərinə nail olmaq üçün təxirəsalınmaz vəzifədir.

Çin bu strateji hədəfə çatmaq üçün təklif sahəsində struktur islahatlarını dərinləşdirəcək, innovasiyalı ölkə yaradılmasını sürətləndirəcək, kənd rayonlarının inkişafı strategiyasını, regionların uzlaşdırılmış inkişaf strategiyasını həyata keçirəcək, sosialist iqtisadiyyatı sistemini sürətlə təkmilləşdirəcək və hərtərəfli aşkarlığın yeni arxitektonikasının formalaşmasını stimullaşdıracaq. Çin iqtisadiyyatının inkişafı dünyanın bütün ölkələri üçün daha geniş bazar təmin edəcək, daha çox kapital təqdim edəcək, məhsulları zənginləşdirəcək və əməkdaşlıq üçün daha qiymətli imkanlar yaradacaq. Dünyanın bir sıra ölkələri ilə Çinin interaktiv inkişafı qlobal iqtisadi inkişafın daha çox tarazlaşmasını təmin edəcək.

“Bir kəmər-bir yol” təşəbbüsünün partiyanın nizamnaməsinə daxil edilməsi tərəflərə bu işi birgə həyata keçirmək imkanı verəcək

-Çin Kommunist Partiyasının XIX qurultayında “Bir kəmər-bir yol” birgə tikinti təşəbbüsü partiyanın nizamnaməsinə daxil edilib. ÇKP-nin qəbul etdiyi bu qərar sonrakı mərhələlərdə “Bir kəmər-bir yol” quruculuğunun sürətlənməsinə necə təsir göstərəcək?

-XIX qurultayın müvafiq qətnamə və qərarları bəşəriyyətin siyasi sivilizasiyasını Çin müdrikliyi ilə zənginləşdirib, müasir beynəlxalq münasibətlərə Çin konsepsiyaları daxil edib, Çin əməkdaşlıq və ümumi rifah üçün imkanlar yaradıb. Baş katib Si Cinpin öz məruzəsində vurğulayıb ki, “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşmasına əsaslanaraq bundan sonra da “Birgə məsləhətləşmələr, birgə quruculuq və birgə istifadə” prinsipini rəhbər tutaraq xaricdən öyrənməyə və ölkə hüdudlarından kənara çıxmağa eyni dərəcədə diqqət yetirmək, innovasiya potensialı sahəsində aşkarlığı və əməkdaşlığı genişləndirmək, quruda və dənizdə, Çində və xaricdə, şərq və qərb istiqamətlərində qarşılıqlı faydaya əsaslanan, tərəflərin qarşılıqlı fəaliyyəti ilə fərqlənən aşkarlıq arxitektonikasını formalaşdırmaq lazımdır. ÇKP-nin XIX qurultayında qəbul edilmiş “Çin Kommunist Partiyasının nizamnaməsi (düzəliş) haqqında” Qətnamədə açıq-aydın göstərilir ki, “Bir kəmər-bir yol” təşəbbüsünün inkişaf etdirilməsi vəzifəsi partiyanın nizamnaməsinə daxil edilib. Bu, Çinin ÇKP-nin rəhbərliyi altında “Bir kəmər-bir yol” çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək qətiyyətini və əzmini tam əks etdirir və Çinin dünyanın ümumi inkişafına töhfə verməkdə davam edəcəyindən xəbər verir.

“Bir kəmər-bir yol” təşəbbüsünü Sədr Si Cinpin 2013-cü ildə irəli sürüb. “Bir kəmər-bir yol” quruculuğu işləri tam sürətlə davam edir, səmərəli nəticələr əldə edilib. Bu təşəbbüs beynəlxalq birlik tərəfindən də tanınır və dəstəklənir, iştirakçı ölkələrin sayı get-gedə artır.

“Bir kəmər-bir yol” təşəbbüsünün partiyanın nizamnaməsinə daxil edilməsi tərəflərə bu işi birgə həyata keçirmək imkanı verəcək, yeni tipli beynəlxalq münasibətlər qurulmasına və “Vahid taleli insan cəmiyyəti”nin formalaşmasına kömək edəcək. Biz hesab edirik ki, “Bir kəmər-bir yol” təşəbbüsünün fasiləsiz inkişaf etdirilməsi həm Çinin aşkarlığı üçün böyük imkanlar açacaq, həm də bütün ölkələrin və dünya iqtisadiyyatının inkişafı üçün daha böyük imkanlar yaradacaq.

Çin Azərbaycanın Avropanı Asiya ilə bağlayan mühüm nəqliyyat qovşağı kimi coğrafi üstünlüklərini yüksək qiymətləndirir

-Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yol xətti istifadəyə verilib. Bu dəmir yolu Avropa ilə Asiya arasında ən qısa marşrutdur və yüklərin Asiyadan Avropaya, xüsusən Cənubi Avropaya fasiləsiz daşınmasını təmin edəcək. Çin bu dəmir yolunun perspektivlərini necə qiymətləndirir? Bakı-Tbilisi-Qars dəmir yolu həm də Transxəzər nəqliyyat marşrutunun tərkib hissəsidir. Siz “Bir kəmər-bir yol” quruculuğunda Transxəzər marşrutunun rolunu necə qiymətləndirirsiniz?

-Bu il oktyabrın 30-da Prezident İlham Əliyev və bir sıra ölkələrin liderləri Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışını etdilər. Bu tarixi məqamın şahidi olmaq xoşbəxtliyi mənə də nəsib olub. Prezident İlham Əliyev açılış mərasimdəki çıxışında dedi ki, Bakı-Tbilisi-Qars marşrutu Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutdur və bununla yanaşı, Böyük İpək Yolunun bərpasına Azərbaycanın mühüm töhfəsidir.

Çin regionda daşımaların sadələşdirilməsinə şərait yaradan bütün layihələri alqışlayır və Azərbaycanın Avropanı Asiya ilə bağlayan mühüm nəqliyyat qovşağı kimi coğrafi üstünlüklərini yüksək qiymətləndirir. Biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner yükdaşımaları imkanını fəal surətdə araşdıracaq və Çin müəssisələri ilə Azərbaycan tərəfi arasında nəqliyyat və logistika sahələrində beynəlxalq əməkdaşlığı təşviq edəcəyik.

2017-ci ilin fevral ayında Azərbaycan hökuməti Çinin fəal dəstəyi ilə Pekində Bakı-Tbilisi-Qars dəmir yolunun və Transxəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını keçirdi. Çin tərəfi Azərbaycanla əməkdaşlığa, Transxəzər nəqliyyat dəhlizi ilə daşımaların xərclərinin azaldılması məsələlərini müzakirə etməyə, Çin, Azərbaycan və bu marşrut boyunca yerləşən digər ölkələr arasında qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq üçün əlverişli şərait yaratmağa hazırdır.

Turizm sahəsində əməkdaşlıq üçün həm Çinin, həm də Azərbaycanın böyük potensialı var

-Cənab səfir, Sizin fikrinizcə, hansı praqmatik sahələrdə Çin ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük perspektiv imkanlar var? Çində Azərbaycanı hansı yolla daha səmərəli təbliğ etmək və çinli turistləri Azərbaycana cəlb etmək olar?

-Qlobal iqtisadi tənəzzül fonunda Azərbaycan hökuməti öz iqtisadi islahatlarını dərinləşdirməkdə davam edir, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyir, qeyri-neft sektorunun inkişafına şərait yaradır, investisiya mühitini daim yaxşılaşdırır. Çin müəssisələri iqtisadi quruculuqda Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq etməyə, neft və qaz, infrastruktur, istehsal gücləri və avadanlıq, azad ticarət zonaları, sənaye və kənd təsərrüfatı parklarının tikintisi, daşımalar və logistika, bərpa olunan enerji mənbələri, informasiya və rabitə, yüksək texnoloji sənaye sahələri, turizm və digər sahələrdə hərtərəfli qarşılıqlı əməkdaşlığı həyata keçirməyə hazırdırlar. Ümid edirik ki, Azərbaycanın əlverişli investisiya siyasəti sayəsində bu ölkədə sərmayə qoymağa və onunla əməkdaşlığa cəlb edilən Çin şirkətlərinin sayı daha da artacaq.

Azərbaycan Qədim İpək Yolu marşrutu boyunca yerləşən mühüm ölkələrdən biridir. Azərbaycanın zəngin turizm ehtiyatları var. Yaxın beş ildə xarici ölkələrə səfər edəcək çinli turistlərin sayı 500 milyona çatacaq. Turizm sahəsində əməkdaşlıq üçün hər iki tərəf böyük potensiala malikdir.

Son illərdə Azərbaycana maraq göstərən çinli turistlərin sayı artır, onların Azərbaycana səfər etmək arzusu güclənir. Şopinqə diqqəti artırmaq, təbii qoruqlara turlar və humanitar tədbirlər təşkil etmək, qonşu ölkələrlə birlikdə həmin ölkələrə xüsusi regional turlar keçirmək tövsiyə olunur. Çinin səriştəli turizm müəssisələri ilə birlikdə turizm bazarını reklam etmək və inkişaf etdirmək, klassik turizm brendi yaratmaq olar.

AZƏRTAC Çin mədəniyyətinin və Çin-Azərbaycan dostluğunun təbliğinə mühüm töhfə verir

-AZƏRTAC və Sinxua informasiya agentlikləri kütləvi informasiya vasitələrinin ikitərəfli və beynəlxalq mexanizmləri çərçivəsində, xüsusən Asiya-Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində sıx əməkdaşlıq edirlər. AZƏRTAC Qafqazda çin dilində xəbərlər dərc edən yeganə informasiya agentliyidir. Sizcə, iki ölkənin KİV-ləri arasında əməkdaşlığı genişləndirmək üçün daha hansı tədbirləri görmək olar?

-Çinin və Azərbaycanın kütləvi informasiya vasitələri “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsində çox böyük rol oynayırlar. Çin və Azərbaycan KİV-ləri iki ölkə arasında münasibətlərin inkişafını işıqlandırır, təsbit edir və buna şərait yaradırlar.

AZƏRTAC agentliyi uzun illərdir ki, Çin-Azərbaycan münasibətlərinin inkişafına, Çin mədəniyyətinin və Çin-Azərbaycan dostluğunun təbliğinə mühüm töhfə verir. Mən AZƏRTAC-ın sadiq oxucusu kimi bu agentliyə səmimi təşəkkürümü bildirmək istərdim. Ümid edirik ki, AZƏRTAC ilə Sinxua informasiya agentliyi arasında səmərəli əməkdaşlıq iki xalq və iki ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə daha çox töhfə verəcək.

Son illərdə Çin KİV-ləri Azərbaycana daha çox diqqət yetirir. 2017-ci ildə Çin Mərkəzi Televiziya Stansiyasının (CCTV) beynəlxalq şöbəsinin çəkiliş qrupu Azərbaycanda səfərdə olub və bir ay müddətində çəkilişlər aparıb, müsahibələr alıb. Xeyluncian televiziyasının Azərbaycanda keçirdiyi televiziya həftəsi uğurlu olub. AZƏRTAC informasiya agentliyinin jurnalisti ÇKP-nin XIX qurultayının işıqlandırılmasında iştirak etməyə dəvət olunub. Bu cür mübadilələr iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, “Bir kəmər-bir yol” təşəbbüsünün uğurlu nəticələri barədə hər iki xalqı məlumatlandırmağa şərait yaradıb.

Praqmatik əməkdaşlıq media mübadiləsinin həyatverici qüvvəsidir. Çinin və Azərbaycanın kütləvi informasiya vasitələri birgə çəkilişlər, müştərək proqramlar, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və işçilərin ixtisas səviyyəsinin artırılması kimi sahələrdə əməkdaşlığı dərinləşdirə bilərlər. Ümidvarıq ki, hər iki ölkənin kütləvi informasiya vasitələri bu məsələlərə daha geniş mövqedən yanaşacaq, novator metodlarını tətbiq edəcək və əməkdaşlığın səviyyəsini yüksəldəcək. Onlar bütün sahələrdə dostcasına mübadiləyə köməyi davam etdirəcək və Çin-Azərbaycan münasibətlərinin inkişafına öz töhfələrini verəcəklər.

-Müsahibə üçün çox sağ olun.

Günel Məlikova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir