İQTİSADİYYAT
Çin şirkətləri Azərbaycanda elm tutumlu istehsal müəssisələri yaradılmasına maraq göstərir


Pekin, 29 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Bundan başqa, Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir.
Pekin