Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb
Bakı, 9 mart, AZƏRTAC
Çin İstehlak Qiymətləri İndeksi fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin məlumatında bildirilib.
Məlumata görə, Çində ötən ilin avqustundan bəri ilk dəfə inflyasiya tendensiyası yaranıb. Həmin vaxt İstehlak Qiymətləri İndeksi 0,1 faiz bahalaşmışdı.
Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz bahalaşıb. İstehlak mallarının qiymətləri 0,1 faiz azalıb, xidmətlərin qiymətləri isə 1,9 faiz artıb.
Çin hökuməti 2024-cü ildə qiymətlərin 3 faiz artacağını gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]