Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib
Pekin, 21 iyul, AZƏRTAC
Çinin cənubundakə Quandon əyalətində “Vifa” qasırğası ilə əlaqədar 670 min sakin təhlükəsiz yerlərə təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, ilin 6-cı qasırğası olan “Vifa” iyulun 20-də Quandon əyalətinin sahillərinə çatıb. Küləyin sürəti saniyədə 33 metrə çatıb. Qasırğanın yarada biləcəyi fəsadlar nəzərə alınaraq, istehsalın və tədrisin dayandırılması da daxil olmaqla qabaqlayıcı tədbirlər görülüb. Cuhay, Yancian, Cienmen və Maomin şəhərlərində 1-ci səviyyədə hazırlıq elan edilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Şencen və Conşan şəhərlərini birləşdirən körpü, parklar, 52 turizm və əyləncə-istirahət məkanı bağlanıb.
Meteoroloqlar yağıntının miqdarının 320 millimetrə çatacağı pronozlaşdırıblar. Sel və daşqın ehtimalı barədə xəbərdarlıq olunub.
Fövqəladə Hallar Nazirliyi yarana biləcək təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qüvvələri səfərbər edib. Bu işlərə 14 mindən çox şəxsi heyət, 3 min avtomobil cəlb olunub. Quanson ilə yanaşı Haynan və Quansi bölgələrinə işçi qruplar göndərilib.
Qarşıdakı 10 gün ərzində yeni qasırğaların da ola biləcəyi gözlənilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]