Çində yaşayış binasında baş verən yanğında azı 25 nəfər ölüb
Pekin, 24 yanvar, AZƏRTAC
Çinin şərqindəki Ciansi vilayətində yaşayış binasında baş verən yanğında ən azı 25 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, yanğın Sinyu şəhərində yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı mağazada başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedcicilər, polislər cəlb olunub.
Son məlumata görə, yanğın nəticəsində 25 nəfər ölüb, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Hazırda hadisə yerində axtarış işləri aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]