Çində yaşayış binasında yanğın baş verib: ölən və yaralananlar var
Pekin, 5 may, AZƏRTAC
Çinin Quansi Cuan muxtar regionunda yaşayış binasında baş verən yanğın nəticəsində ən azı 5 nəfər ölüb, 38 nəfər yaralanıb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının yaydığı məlumata istinadla xəbər verir ki, hadisə Quylin şəhərində səhər saatlarda baş verib. Yaralananlardan 6-sının vəziyyəti ağırdır.
Bildirilir ki, yanğın hadisə yerinə cəlb olunmuş yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində söndürülüb.
Hazırda binada axtarış işləri aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]