Çinin Baş naziri Şimali Koreyaya səfər edəcək
Pekin, 7 oktyabr, AZƏRTAC
Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökumətinin və Fəhlə Partiyasının dəvəti ilə oktyabrın 9-11-də bu ölkədə səfərdə olacaq.
AZƏRTAC Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin Baş naziri Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində iştirak edəcək. O həm hökumət, həm də Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyətinə rəhbərlik edəcək.
Nazirliyin açıqlamasında deyilir ki, Çin və KXDR ənənəvi dost və qonşudur. Çin-KXDR əlaqələrini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək ÇKP-nin və Çin hökumətinin sarsılmaz strateji siyasətidir.
Qeyd edək ki, media Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi barədə xəbərlər yayıb.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]