Çinin xarici siyasət kuratoru Pekində ABŞ Dövlət katibi ilə görüşüb
Bakı, 19 iyun, AZƏRTAC
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici işlər komissiyası ofisinin rəhbəri, ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq İ Pekindəki “Dyaoyutay” dövlət iqamətgahında ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar qapalı formatda keçirilib.
Xatırladaq ki, Antoni Blinken iyunun 18-dən Çində səfərdədir. O, bazar günü çinli həmkarı Çin Qan ilə görüşüb. Çin Qan qeyd edib ki, Çin-ABŞ münasibətləri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri ən aşağı səviyyəyə düşüb. Çin hakimiyyəti ABŞ hökumətindən “vahid Çin” prinsipinə tərəfdar olmağı və Tayvan separatçılarına kömək etməməyi tələb edir.
Çin Qan xatırladıb ki, Çin ABŞ ilə münasibətlərə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yanaşır. Çin sabit, proqnozlaşdırıla bilən və konstruktiv Çin-ABŞ münasibətləri qurmağa sadiqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]