CIMƏRLİK FUTBOLU ÜZRƏ AZƏRBAYCAN MİLLİSİ TƏLIM-MƏŞQ TOPLANIŞINDADIR
AZƏRTAC AFFA-ya istinadən xəbər verir kİ, çimərlik futbolu üzrə Azərbaycan millisi iyulun 4-də Avropa Liqasında Fransada bu ölkənin yığma komandası ilə qarşılaşacaqdır. Hazırda millimiz Mərdəkandakı “Dalğa” istirahət kompleksində təlim-məşq toplanışındadır. Toplanış iyulun 1-dək davam edəcəkdir.
Qeyd edək ki, Avropa Liqasında 8 komanda çıxış edəcək və millinin mübarizə aparacağı B qrupunun oyunları iyulun 4-dən 6-dək keçiriləcəkdir. Komanda Fransa yığmasına qalib gəldiyi təqdirdə, yarımfinal mərhələsində Türkiyə-İngiltərə oyununun qalibi ilə qarşılaşacaqdır. Yarışın reqlamentinə görə, hər iki qrupda ilk 3 pilləni tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. Ən yaxşı göstəricilərə malik dördüncü komanda da avqustun 22-24- də Portuqaliyada keçiriləcək Superfinalda iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]