Co Bayden Britaniyanı Avropa İttifaqı ilə yaxınlaşmağa çağırıb
London, 11 iyul, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşüb.
AZƏRTAC xəbər verir ki, NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Kir Starmer Ağ Evdəki Oval kabinetdə Co Bayden ilə bir araya gəlib.
ABŞ Prezidenti yeni Baş naziri Avropa İttifaqı ilə yaxınlaşaraq NATO-nun güclənməsinə kömək etməyə çağırıb. Onlar Ukraynada davam edən müharibə də daxil olmaqla, hazırkı geosiyasi çətinliklər kontekstində NATO müttəfiqliyinin əhəmiyyəti və xüsusi münasibətlər haqqında danışıblar. Liderlər Ukraynanı dəstəkləməyə davam etmək barəsində razılığa gəliblər.
Co Bayden və Kir Starmer İsrail və Qəzzadakı vəziyyəti də müzakirə ediblər. Onlar girovları azad etmək, humanitar yardım almaq və iki dövləti həll yolunda irəliləyiş məqsədilə dərhal atəşkəs əldə etmək üçün ortaq ambisiyaların olduğunu dilə gətiriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]