“Coca-Cola məktəbli kuboku” yarışının Xəzər rayonu üzrə oyunlarına start verilib
Bakı, 19 aprel, AZƏRTAC
Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışının oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında yarışın ilkin mərhələsinə start verilib.
Qeyd edək ki, Azərbaycanda futbol üzrə ən irimiqyaslı turnir olan “Coca-Cola məktəbli kuboku” Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Təhsil Nazirliyi və “Coca-Cola”nın 2011-ci ildən birgə həyata keçirdiyi idman layihəsidir.