COVID-19: Fransada son sutkada koronavirus 409 can alıb
Paris, 7 aprel, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasından 409 ölüm faktı qeydə alınıb. Epidemiya ilə bağlı rəqəmlər hələ də koronavirus kabusunun ölkədə fəal şəkildə dolaşdığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, epidemiya başlayandan virus qurbanlarının ümumi sayı 97 301-ə çatıb. Xəstəxanalarda son 24 saatda 2 459 yeni xəstə daxil olmaqla, ümumilikdə 30 639 koronavirus xəstəsi müalicə olunur. Ölkəni daha çox narahat edən reanimasiya şöbələrindəki ağır koronavirus xəstələrinin sayı 5 626-ya çatıb ki, bu da epidemiyanın 2-ci dalğası ilə müqayisədə 15 faiz çoxdur. Bu həftə ərzində gündəlik yoluxma sayı orta hesabla 36 560-dır.
Ötən il dekabrın sonundan başlayan peyvənd kampaniyası çərçivəsində 9 526 509 nəfərə 1-ci doza, 3 242 743 nəfərə isə 2-ci doza peyvənd vurulub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]