Azərbaycan Dövlət İnformasiya Agentliyi

CRS-in tətbiqi vergitutma baxımından ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək

CRS-in tətbiqi vergitutma baxımından ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək

Bakı, 30 iyun, AZƏRTAC

İyulun 1-dən Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə başlanılır. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Zaur müəllim, maliyyə məlumatlarının daha səmərəli mübadiləsi üçün Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi nəzərdə tutulub. CRS nədir və bu standart hansı ölkələrdə tətbiq edilir?

- Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.

Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiya əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.

Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlət tərəfindən digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək digər dövlətə göndərilməsini nəzərdə tutur. Yeni standarta əsasən, konvensiyaya üzv olan dövlətlərin səlahiyyətli orqanları “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”nı imzalamaqla, mübadiləni orada qeyd olunmuş vahid formatda aparmaq barədə razılıq əldə edirlər. Razılaşma 2014-cü ildə Berlində imzalanmaya açıq elan olunub və indiyədək 101 dövlətin səlahiyyətli orqanı həmin sənədə qoşulub.

Razılaşmaya qoşulan səlahiyyətli orqanlardan bir qismi 2017-ci ildə, digər qismi isə gələn ildən başlayaraq məlumat mübadiləsinin Ümumi Hesabatlılıq Standartına (CRS) uyğun aparılmasına hazır olduqlarını bəyan edib. Mübadiləyə hələ hazır olmayan dövlətlər, əsasən, bunun üçün lazımi daxili qanunvericilik və elektron infrastruktura malik olmayan dövlətlərdir.

- Bu standart çərçivəsində hansı məlumatlar mübadilə olunur və hesabatda nə kimi məlumatlar öz əksini tapmalıdır?

- CRS-ə müvafiq olaraq, illik avtomatik əsaslarda maliyyə institutlarında olan hesablar üzrə müvafiq məlumatlar, o cümlədən təqvim ilinin sonuna hesabın qalığı, il ərzində əldə edilmiş gəlirlərin ümumi məbləği və CRS ilə müəyyən olunan digər zəruri məlumatlar mübadilə ediləcək.

Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri və qaydaları artıq təsdiq edilib. Həmin sənəddə maliyyə institutları tərəfindən elektron hesabatda əks olunmalı məlumatlar, e-hesabatın Vergilər Nazirliyinə təqdim edilməsi forması və müddəti, e-hesabatın dəyişdirilməsi və digər məsələlər öz əksini tapıb.

- Ölkəmiz bundan əvvəl də oxşar bir sənəd - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı, qısaca FATCA adlanan məlumat mübadiləsi sisteminə qoşulmuşdu. Mümkünsə, CRS və FATCA arasında əsas fərqlərin nədən ibarət olduğunu şərh edərdiniz...

- 2015-ci ildə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş” (Hökumətlərarası Saziş) imzalanıb və həmin sənəd 2015-ci ilin 5 noyabr tarixindən qüvvəyə minib.

FATCA Azərbaycanda olan ABŞ vətəndaşları və rezidentlərinin maliyyə hesabları barədə məlumatların ABŞ tərəfinə, eləcə də ABŞ-da olan Azərbaycan rezidentlərinin maliyyə hesabları barədə məlumatların ölkəmizə ötürülməsini nəzərdə tutur. Bu baxımdan, FATCA üzrə iki yurisdiksiya (ABŞ-Azərbaycan) arasında avtomatik məlumat mübadiləsi həyata keçirilir.

FATCA-dan fərqli olaraq, CRS Çoxtərəfli Saziş əsasında tənzimləndiyindən, tərəfdaş yurisdiksiyalarla maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsini nəzərdə tutur. Tərəfdaş yurisdiksiyaların sayı hər bir ölkənin öz seçimi əsasında müəyyənləşir və Çoxtərəfli Sazişə qoşulmuş bütün ölkələri əhatə edir.

CRS - OECD-nin Qlobal Forumu tərəfindən FATCA-nın prinsipləri əsasında hazırlanıb. Bu baxımdan, bir çox yoxlama prosedurlarına yanaşma, əsasən, eynilik təşkil edir.

- CRS əsasında maliyyə məlumatlarının mübadiləsi zamanı bütün maliyyə institutları hesabat verməlidirmi? Hesabat verməli olan maliyyə institutlarının vəzifələri nədən ibarətdir?

- Mövcud qanunvericiliyin müddəalarına əsasən, bank fəaliyyəti, həyatın yığım sığortası və annuitet sığortası fəaliyyəti, depozitar fəaliyyəti, qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti və investorların portfellərinin idarə edilməsi fəaliyyəti kimi fəaliyyətlərdən ən azı birini həyata keçirən vergiödəyicisi maliyyə institutu hesab olunur.

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olan maliyyə institutları müvafiq qaydada hesabat verməlidirlər. Maliyyə institutlarının əsas vəzifəsi beynəlxalq müqavilələrin tələblərindən irəli gələrək CRS üzrə hesabat verilməli hesabları müəyyənləşdirmək, bu sahədə hərtərəfli yoxlama prosedurları tətbiq etmək və bu hesablar barədə məlumatları yuxarıda qeyd olunan qərarla müəyyən edilmiş hədlərdə və qaydada Vergilər Nazirliyinə ötürməkdir.

- Ölkəmizdə CRS-in tətbiqinə nə vaxtdan başlanılır və Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi nə vaxta planlaşdırılır?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub.

Sərəncamın icrasını təmin etmək məqsədilə “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb. Razılaşmaya qoşulmaqda əsas məqsəd Çoxtərəfli Razılaşmanın məlumat mübadiləsinin aparılma müddəti və qaydasına əsasən, tərəfdaş yurisdiksiyaların rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının qalığı (dəyəri) və digər məlumatların ümumiləşdirilərək həmin yurisdiksiyalara göndərilməsi, eyni zamanda, bu yurisdiksiyalarda Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının analoji məlumatlarının mübadilə edilməsidir.

İmzalanmış bəyanata əsasən, Azərbaycanda CRS-ın tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanılır. 1 İyula qədər maliyyə institutlarında mövcud olan hesablar “əvvəlcədən mövcud olan hesablar” sayılır. Standartın tətbiqinə başlanılan tarixdən “əvvəlcədən mövcud olan hesablar”ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcəklər. 1 İyul 2017-ci il tarixdə və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə “yeni hesab” sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq. Qeyd olunan anket maliyyə institutları tərəfindən hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq.

CRS-ə uyğun olaraq, Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub.

- CRS-ın tətbiqindən gözlənilən nəticələr nədən ibarətdir?

- İlk növbədə, CRS-in tətbiqi vergitutma baxımından şəffaflığın artırılması və vergidən yayınmanın qarşısının alınması məqsədilə vergi məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın güclənməsinə və ümumiyyətlə, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək. Bununla yanaşı, vergiödəyiciləri, həmçinin digər vətəndaşlar tərəfindən büdcədən yayındırılmış vergi məbləğlərinin qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi vasitəsilə büdcəyə ödənilməsinin təmin edilməsi mümkün olacaq.

Məlum olduğu kimi, bir sıra vergidən yayınmaya meyilli şəxslər dövriyyələrin gizlədilməsi, verginin tam həcmdə hesablanmaması məqsədilə ölkənin hüdudlarından kənarda yerləşən banklarda bank hesabları açır, əməliyyatlarını həmin hesablar vasitəsilə aparır və yaxud müxtəlif sxemlərdən istifadə etməklə dövlət büdcəsinə çatacaq vergiləri ödəməkdən yayınırlar. Bank hesabları barədə ölkələrarası məlumatların mübadiləsini nəzərdə tutan bu sistemin tətbiqi belə şəxslərin və onların respublikadan kənarda olan bank hesablarının müəyyən edilməsinə imkan verəcək. Bunun nəticəsində vergi orqanı Azərbaycan vətəndaşlarının respublikadan kənarda olan bank hesablarının qalıqları və digər gəlirləri barədə geniş məlumata malik olacaq ki, bu da vergidən yayınma hallarının qarşısının alınmasına, həmin şəxslərin real gəlirlərinin müəyyən olunmasına kömək edəcək.

Azərbaycan Respublikası “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”nı imzalamaqla razılaşmaya qoşulmuş digər ölkələrlə maliyyə institutlarında olan hesablar barədə məlumat mübadiləsini aparmağa açıq olduğunu bəyan etdi. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə olan bank hesabları barədə məlumatları almaqla yanaşı, razılaşmaya qoşulmuş digər dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının maliyyə institutlarında olan hesabları barədə analoji məlumatları həmin dövlətlərin müvafiq orqanlarına ötürəcək. Bu da ölkəmizdə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də şəffaflığın təmin edilməsi istiqamətində yeni bir addım olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir