CÜDOÇUMUZ AVROPA ÇEMPİONU OLMUŞDUR
Yarışda ölkəmizi baş məşqçi Ağayar Axundzadənin və məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi ilə 5 cüdoçu təmsil edir. Çempionatın ilk günü Elnur Məmmədli (73 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq çempionatın qızıl medalını qazanmışdır.
Həmyerlimiz əvvəlcə Norveç, Rusiya, Bolqarıstan və Hollandiya cüdoçularını məğlub edərək finala vəsiqə qazanmışdı. Bu mərhələdə Elnur Məmmədli fransalı Daniel Fernandesə ippon fəndi ilə qalib gəlmişdir. Ramil Qasımov (66 kq) və Nigar Cabbarova (52 kq) isə ilkin görüşlərdə uduzaraq mübarizəni dayandırmışlar.
Çempionatın mükafatları uğrunda daha iki cüdoçumuz - Mehman Əzizov (81 kq) və Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]