Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 27 mart, AZƏRTAC
Tbilisidə keçirilən “Böyük dəbilqə” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə daha iki cüdoçumuz mübarizəyə qoşulub. Belə ki, kişilərin yarışında Murad Fətiyev ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Toto Grigalaşvili (Gürcüstan) ilə qarşılaşmadan məğlub ayrılıb.
Təsəlliverici görüşdə Portuqaliyanı təmsil edən Anri Egutidzeyə qalib gələn idmançımız bürünc medal uğrunda mübarizəyə vəsiqə qazanıb.
Onunla eyni çəkidə mübarizə aparan Zelim Tskayev ilk qarşılaşmada Kenni Bedelə qalib gəlib, növbəti görüşdə Dorin Qotonoaqaya (Moldova) uduzub.
Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəkidə mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.
Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]