CULFA GÖMRÜKXANASI ÜÇÜN YENİ BİNA İNŞA OLUNUR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Culfa sərhəd-keçid məntəqəsində gömrükxana üçün 3 mərtəbəli yeni inzibati bina inşa edilir. Tikinti-quraşdırma işi başa çatdırılmışdır və tamamlama işləri aparılır.
Layihəyə uyğun olaraq, yaxınlıqda nəqliyyat vasitələrinin gömrük yoxlamalarından keçməsinə nəzarət, yük anbarları və sərhədyanı müştərək bazar üçün yeni binalar da inşa edilir.
“Ucar” Ltd şirkəti tərəfindən tikilən obyektdə 70 nəfərdən çox inşaatçı çalışır.