D-8 sammiti Yaxın Şərqdəki gərginlik səbəbindən təxirə salınıb
Bakı, 13 mart, AZƏRTAC
İnkişaf etməkdə olan səkkiz ölkənin (D-8) hərəkatının 12-ci sammiti Yaxın Şərqdə davam edən gərginlik səbəbindən təxirə salınıb.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi məlumat yayıb. Bildirilib ki, sammitin əvvəlcə 13-15 aprel tarixlərində Cakartada keçirilməsi planlaşdırılsa da, hazırda təxirə salınıb. Nazirliyin departamentinin baş direktoru Tri Taryat sammit üçün hələlik yeni tarixin müəyyən edilmədiyini söyləyib.
Qeyd edək ki, 1997-ci ildə yaradılan D-8 təşkilatına Misir, Türkiyə, İran, İndoneziya, Malayziya, Pakistan, Nigeriya və Banqladeş üzv olub. Azərbaycan isə 2024-cü ildə Misirdə keçirilən 11-ci Zirvə toplantısında təşkilata yeni üzv kimi qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]