Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması iftar süfrəsi təşkil edib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Şuşa, Xocalı, Xocavənd rayonlarından və Xankəndi şəhərindən olan şəhid ailələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Əvvəlcə İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib. Sonra mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
İftar mərasimindən sonra şəhid ailələrinə və veteranlara ictimai birliyin adından bayram sovqatları paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:34]
Özbəkistan üçün tarixi məqam
- 18.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [11:57]
Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq
- 18.06.2026 [11:19]