DAĞLIQ QARABAĞDA ERMƏNİ HƏRBÇİ 5 YOLDAŞINI GÜLLƏLƏMİŞ VƏ İNTİHAR ETMİŞDİR
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 28-də Azərbaycanın işğal altındakı Xocavənd rayonunda qanunsuz erməni hərbi birləşmələrindən birində hərbçi 5 yoldaşını güllələmiş və intihar etmişdir.
AZƏRTAC xəbər verir ki, “Armenia Today” agentliyi hadisənin səbəbləri ilə bağlı iki ehtimal irəli sürür. Birinci ehtimala əsasən, faciəyə səbəb zabitlərin əsgəri təhqir etmələri olmuşdur. Onlar əsgərlərdən birini postda yatmış görüb oyatmış, sonra isə ələ salmağa və təhqir etməyə başlamışlar. Bu zaman əsgər avtomatı götürüb ətrafdakıları güllələmişdir.
Qətlə yetirilmiş yerevanlı əsgər Andranik Sarqsyanın atasının ehtimalına görə, istehkamda yaranan mübahisə sonradan davaya keçmişdir. O vurğulamışdır ki, oğlunu bərk döymüşlər. Əsgərin atası demişdir: “Onun sifəti göyərmiş və şişmişdi. Meyitin üstündə qapalı və açıq yaralar, sinəsində üç güllə yarası var idi”.
Erməni hüquq müdafiəçisi, Helsinki İnsan Hüquqları Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakunts jurnalistlərə demişdir ki, 2 zabiti və 3 əsgəri güllələmiş hərbçi Ayvazyan müqavilə əsasında qulluq edirmiş. Yerevan sakini Ayvazyan əvvəllər ABŞ-da yaşamış, lakin quldurluq üstündə həbs edilmiş və Ermənistana deportasiya olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]