DAHA BİR CİNAYƏT HADİSƏSİNİN ÜSTÜ AÇILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 29-da Cəlilabad rayonunun sakini Ülfət Məmmədova evində dərman həbləri qəbul etmiş və zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir. Həmin gün Ü.Məmmədovanın qohumu Azər Hakiməliyev rayon prokurorluğuna məlumat vermişdir ki, cari ilin avqust ayında Ü.Məmmədova Saatlı rayonundakı evlərində, əri Hakimi küt alətlə qətlə yetirmiş, meyitini isə evin yaxınlığında torpağa basdırmışdır. H.Məmmədovun meyiti həmin yerdən çıxarılmışdır.
Faktla əlaqədar Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]