Daha dörd cüdoçumuz “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Bakı, 17 iyun , AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın dörd cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
İdmançılarımız mübarizəyə 1/16 finaldan qoşulacaqlar. Telman Vəliyev Baham adalarından olan Andrev Manninqs, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla (hər ikisi 73 kq) üz-üzə gələcək. Zelim Tçkayevin (81 kq) ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində çıxış edəcək digər təmsilçimiz Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Böyük dəbilqə” turnirinin ilk günündə cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]