DAMAÇILARIN ŞƏHƏR BİRİNCİLİYİNDƏ 40 İDMANÇI MÜBARİZƏ APARIR
Respublika Həmkarlar İttifaqının Şahmat-Dama klubunda gənclər, kadetlər, kiçik kadetlər və uşaqlar arasında keçirilən dama üzrə Bakı şəhər birinciliyində yeddi tur arxada qalmışdır.
AZƏRTAC xəbər verir ki, oğlanların və qızların mübarizə apardığı yarışda 1998-ci il və ondan aşağı yaş həddində olan 40 damaçı iştirak edir.
Yeddi turdan sonra oğlanların turnirində gənclər qrupunda Aslan Aslanlı (12 xal), kadetlərdə Ənvər Novruzov (11 xal), kiçik kadetlərdə Anar Mustafayev (10 xal), uşaqlarda isə Vüqar Babayev (12 xal) liderliyi ələ almışlar.
Qızların yarışında isə turnir cədvəlinə müvafiq olaraq Leyla Nəcəfova (8 xal), Nuridə Cəfərova (7 xal), Nərmin Xəlilova (8 xal), Nərmin Səyyadzadə (6 xal) başçılıq edirlər.
Qeyd edək ki, yarış iştirakçılarının böyük əksəriyyəti Həmkarlar İttifaqının Şahmat-Dama klubunun yetirmələridir.
Turnirdə 1-6-cı yerləri tutacaq damaçılar respublika çempionatına vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]