Damazlıq heyvanların güzəştlə satılması üçün gələn il 17,3 milyon manatın ayrılması proqnozlaşdırılır
Bakı, 13 noyabr, AZƏRTAC
Gələn ilin proqnoz layihəsində ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 1,1 milyon manat və ya 6,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 13-də parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bununla yanaşı, süni mayalama və ya embrion köçürməsi yolu ilə alınan hər sağlam buzova görə istehsalçılara 100 manat subsidiya ödənilir. Bu məqsədilə 2026-cı ildə də cari ilin səviyyəsində - 10,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]