Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı görüş keçiriləcək
Bakı, 14 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 18-də qurumun Sumqayıt Ərazi İdarəsində Sumqayıt şəhərindən, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər 055 4652368 telefon nömrəsi ilə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 2 saylı Sumqayıt Ərazi İdarəsinə (telefon: 050 363 23 67 və ya elektron poçt ünvanı: [email protected]) aprelin 17-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]